Böyük-kiçik söhbətinə görə qonşusunu öldürən şəxsə 16 il həbs - Foto

Böyük-kiçik söhbətinə görə qonşusunu öldürən şəxsə 16 il həbs - Foto

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Vaqif Hacıyevin  (1992-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, ötən il iyunun 23-nə keçən gecə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsində sərxoş vəziyyətdə olan Vaqif Hacıyevlə tanışı Ramiz Əsgərov (1971-сi il təv.) arasında mübahisə yaranıb, dava-dalaş zamanı Vagif Ramizə əvvəl əlləri ilə, sonra isə təpiklə zərbələr vuraraq, onu yerə yıxıb. Əsgərovun müqavimətini qırıb, döş qəfəsinin üzərində oturan Vaqif qəddarlıq nümayiş etdirərək, əlinə keçən pivə şüşəsini sindirib və şüşə parçası ilə Ramizin boğazını kəsib. Bununla da o Əsgərovun sağlamlığina ağır zərər vuran bədən xəsarətləri yetirərək, zərərçəkmişi qəsdən həyatdan məhrum edib. Sonra Vaqif Binəqədi RPİ-nə gələrək, növbətçi hissəyə hadisə barədə məlumat verib. Hadisə yerinə yollanan əməliyyat qrupu Hacıyevin meyitini deyilən ünvanda aşkar edib. Rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Rauf Hacıyevin ölümünə boğaz nahiyyəsinin zədələnməsi nəticəsində inkişaf edən kəskin qanitirmə səbəb olub. 

Məhkəmə prosesində ifadə verən Vaqif Hacıyev bildirib ki, həmin axşam rayon ərazisindəki kafedə yarım şüşə araq içdikdən sonra evə yollanıb. Yaşadığı ünvanına bir az qalmış, o həyətlərin birində qəsəbə sakini kimi tanıdığı Ramiz adlı şəxsi görüb və ona yaxınlaşıb.
Əlindəki pivə şüşəsini ona uzadıb içib-içməməsi ilə maraqlandıqda, sonuncu ona yalnız araq içdiyini deyib. Buna görə o yaxınlıqdakı mağazadan araq alaraq, geri qayıdıb. Arağı içərkən "indi zaman dəyişib, dünənki uşaqlar özünü bizdən ağıllı hesab edir" deyən Ramiz onu təhqir etməyə başlayıb. Vaqif əvvəl buna əhəmiyyət verməyib, sonra onun səsini kəsməməsini görüb yumruqla Əsgərovu vuraraq, yerə yıxıb. Ardınca bir neçə zərbə ona təpiklə vurub, lakin Ramiz söyüş söyməkdə davam edib. Daha da qəzəbləndiyi üçün yerdə olan şüşəni sındırıb və Hacıyevin sinəsində oturaraq, şüşəı ilə onun boğazına zərbə vurub. Bir müddət orada oturan Hacıyev sonuncunun tərpənmədiyini görüb və onun öldüyünü zənn edib. Bundan sonra o polisə gedərək könüllü təslim olub. 

Təqsirləndirilən şəxs məhkəmədən onun cavanlığını nəzərə almasını xahiş edərək, törətdiyi əməlindən peşman olmasını qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hacıyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini qismən təmin edib və hökmü dəyişdirib. Qərara əsasən, V.Hacıyevə 
16 il cəza təyin edilib.




Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR