Böyük Britaniyanın Avropa İttifaqında üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək.
Aktual.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.
Qeyd edək ki, referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.
Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də parlamentə təqdim edəcəyini bildirib.