Böyük Britaniya Qarabağın qaytarılmasını istəyir

Böyük Britaniya Qarabağın qaytarılmasını istəyir

“Dağlıq Qarabağ münaqişəsinin 25 il ərzində davam etməsi böyük faciədir və hələ də ortada sülh yoxdur. Düşünürəm ki, sülh yolu ilə həllə köklənmək vacib məsələdir”.

Aktual.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıqın APA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, bəzi azərbaycanlılar təmas xəttində baş verən son hadisələrdən çox xoşbəxtdirlər:

“Çünki Azərbaycan bəzi ərazilərini geri qaytarıb. Ancaq düşünürəm ki, insan itkisi faciədir və bu, həll yolu deyil. İnsanlar sülhü seçməlidir. Düşünəndə ki, niyə Ermənistan tərəfi sülh danışıqları masasına qayıtmağa bu qədər istəkli deyil, hesab edirəm ki, bunun da son bir neçə həftədə təmas xəttində baş verən toqquşmalarla əlaqəsi var. Mən dekabrda Ermənistanda oldum, oradakı həmkarımı ziyarət etdim, bəzi rəsmi şəxslərlə görüşdüm.

Mənə dedilər ki, silahlı münaqişə davam edir, Azərbaycan tərəfdən ritorikalar səsləndirilir və bütün bunlar münaqişənin həllinin tapılmasını asanlaşdırmır. Bu, təhlükəsizliyi təmin etmir və onları daha müdafiə olunan edir, erməni tərəfində dəyişikliyə açıq olmaq əvəzinə, vəziyyəti saxlamaq istəyini artırır. Hesab edirəm ki, biz vəziyyəti dəyişmək üçün iki məsələyə diqqət ayırmalıyıq”.

O, qeyd edib ki, sülh yolu ilə həlldən sonra hansı növ təhlükəsizlik tədbirləri görüləcəyi aydınlaşmalıdır:

“Çünki biz Ermənistanla danışanda deyirik ki, sülh Azərbaycan torpaqlarının geri qaytarılması əsasında olmalıdır. Onların dediyi ilk məsələ o olur ki, torpaqları qaytarsalar, Azərbaycana daha yaxın olacaqlar və Azərbaycan üçün onlara hücum etmək asanlaşacaq. Ona görə də onları əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytardıqdan sonra ermənilərə hücum etmək fikri yoxdur.

Ermənistanı əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytarmaq onu daha təhlükəli vəziyyətə salmayacaq və ya qaytarmamaq daha təhlükəsiz etməyəcək. Çünki indi insanlar hər gün ölür. Azərbaycan torpaqlarının geri qaytarılması ilə yaranacaq yeni vəziyyətdə insan ölümü dayanacaq. İnsanlar təhlükəsiz şəraitdə olacaqlar”.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR