Böyük Britaniya İran bankına 4 mlrd. dollar ödəyəcək

Böyük Britaniya İran bankına 4 mlrd. dollar ödəyəcək

Böyük Britaniyanın Ali Məhkəməsi İranın "Mellat" bankının lehinə qərar çıxarıb.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə bankın baş direktoru Əli Rastegar deyib.

Bankir bildirib ki, qərara əsasən, Böyük Britaniya xəzinədarlığı banka 4 mlrd. dollar kompensasiya ödəməli olacaq.

Qeyd edək ki, 2009-cu ildən etibarən adıçəkilən banka Böyük Britaniyadakı kontragentlərlə əməliyyatlar həyata keçirmək qadağan olunub. Buna səbəb kimi bankın İranın nüvə proqramı ilə əlaqələrinin olması göstərilib. Lakin 2013-cü ilin iyun ayında Böyük Britaniyanın Ali Məhkəməsi banka qarşı yürüdülən sanksiyaların qanunsuz olduğu barədə qərar verib. 2014-cü ildə isə bank Böyük Britaniya hökumətini məhkəməyə verib və dəymiş ziyanın kompensasiya olunmasını tələb edib.

Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR