Böyrəyi "öz-özünə yox oldu"

Böyrəyi

Çində bir xəstənin başına gələn hadisə ölkədə böyük səs-küyə səbəb olub.

Aktual.az atv.az-a istinadən bildirir ki, məsələ burasındadır ki, Liu Yongvey adlı şəxs yol qəzası keçirib. Qəza nəticəsində sinə hissəsində müəyyən problemlər yarandığından o, dərhal əməliyyat olunub. Əməliyyatdan sonra Liu müalicə üçün başqa xəstəxanaya müraciət edib. Lakin orada müayinə aparan həkimlər ona sağ böyrəyinin yerində olmadığını deyiblər. Eşitdiyi xəbərdən şoka düşən çinli əməliyyat olunduğu xəstəxana həkimlərindən bu haqda soruşduqda onlardan sadəcə "böyrəyin öz-özünə yox olub" cavabını alıb. Hazırda xəstəxananı məhkəməyə verməyə hazırlaşan Liu Yongvey məsələnin ciddi araşdırılmasını və böyrək oğrularının tapılmasını tələb edir.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR