Böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyora donor tapıldı

Böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyora donor tapıldı

Böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhəti ağır olaraq qalır. 

Aktual.az  bildirir ki, R.Rəhimov report-a açıqlamasında deyib ki, hazırda müalicəsi davam edir. 
O bildirib ki, xəstəliyinin əsas səbəbi kreatinin yüksək olmasıdır: "Kreatin aşağı düşsə, böyrəklərimin fəaliyyəti artacaq. Sonuncu müayinədən həkimlər böyrəklərimin fəaliyyətinin 2 faiz artığını və 31 faizə qalxdığını dedilər. Əvvəlki göstəricilər 29 faiz idi. Həkimlər ən yaxşı göstərici kimi böyrəklərin fəaliyyətinin 40 faizə qalxmasını göstərirlər. Əgər belə olsa, əməliyyatın müddətini bir qədər də uzatmaq olar". 
R.Rəhimov qeyd edib ki, hazırda ağır müalicə alır: "Ciddi pəhrizdə olduğuma görə çəkim xeyli azalıb. Yenə də ümidimi üzmürəm. Həkimlər deyirlər ki, orqanizmdən çox şey asılıdır. Belə xəstəliklə 6 ay, bir il böyrəkləri dəyişdirilmədən yaşayan adamlar var. Amma təbii ki, bu müvəqqətidir. Sonda yenə də əməliyyat və böyrək köçürülməsi zəruridir. Yaxın adamlardan biri donor olmağa razılıq verib". 
Aktyor deyib ki, əməliyyatla bağlı son qərar sentyabrda veriləcək: "Həmin vaxta qədər müalicəm davam edəcək. Növbəti həkim yoxlamasından avqustun 2-də keçəcəm".
R.Rəhimov bildirib ki, xəstəliyi ağır olduğuna görə müalicəsi böyük vəsait tələb edir: "Hər ay müalicəmə 1000 manat pul xərclənir. 3 aydır işləyə bilmirəm. Bu mənə çox ağır gəlir. Hər zaman işləyən adam olmuşam. İndi mənə çox ağırdır".

Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR