"Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq əzilib və travma alıb".
Aktual.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
O bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib.
Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub.
Xəbər 343 dəfə oxunub.