"Bütün müsəlmanları nəzarət altında saxlayırıq”

  • DÜNYA

“Slovakiyada yaşayan bütün müsəlmanları nəzarət altında saxlayırıq”.

Aktual.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Roberto Fiko yerli KİV-lərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, ölkəsində yaşayan müsəlmanların əksəriyyəti qanuni əsaslarla yaşayır.

Slovakiya İslam Vəqfi isə baş nazirin açıqlamasına sərt reaksiya verib: “Baş nazir müsəlmanları dini mənsubiyyətlərinə görə ölkəsinə “təhdid” olaraq görür. Hesab edirik ki, Roberto Fiko bu açıqlaması ilə Slovakiyanın demokratik və azad ölkə olma əfsanəsini dağıtdı”.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR