Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın - MM

Bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın - MM

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək, bu ölkə ilə iqtisadi əlaqələrin dayandırlmasını təklif edib.
Aktual.az xəbər verir ki, komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.
Bundan başqa, deputatlar Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulmasını istəyirlər.
Təkliflər sırasında "Total” şirkəti də daxil olmaqla bütün fransız kompaniyaların Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var.
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR