Burun əməliyyatında ölən qızla bağlı cinayət işi açıldı

Burun əməliyyatında ölən qızla bağlı cinayət işi açıldı

Gəncə şəhər Prokurorluğu gənc qızın əməliyyat zamanı ölməsi faktına görə cinayət işi başladıb.

Prokurorluqdan  verilən məlumata görə, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər Prokurorluğuna daxil olan məlumat araşdırılıb.
Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri istintaq tədbirləri aparılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR