Burun əməliyyatı zamanı ölən qızın qohumları həkimləri döydülər

Burun əməliyyatı zamanı ölən qızın qohumları həkimləri döydülər

Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər.

Bu barədə əməliyyat aparılan “Yeni Gəncə” özəl tibb mərkəzindən məlumat verilib.

Məlumata görə, ötən gün burun çəpərindən əməliyyat edilməsi üçün mərkəzə daxil olan 1999-cu il təvəllüdlü Aygül Orucovanın səhhəti əməliyyatdan sonra pisləşib və ona 30 dəqiqəyə kimi tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Mərkəzdən bildirilib ki, A. Orucovanın qohumları əməliyyatı həyata keçirən həkim və anestezioloqu döyüblər. Xəsarət alan həkim və anestezioloq xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. //Apa

Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR