Millət vəkili Q.Paşayevanın BurdurdaQarabağ parkıvə Xocalı abidəsinin
açılması təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Xocalı soyqırımı ilə bağlı konfrans vermək üçün Burdura səfər edən
millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri
Qənirə Paşayeva Burdur bələdiyyə başqanı Ali Orkun Ercengizlə
görüşüb. Millət vəkili Q.Paşayevanın Burdurda Azərbaycan küçəsi,
Qarabağ Parkı və Xocalı abidəsi təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə
başqanı yaxın zamanlarda qaldırdığınız təkliflər gerçəkləşəcək, çünki
Mustafa Kamal Atatürkün söylədiyi kimi Azərbaycanın sevinci bizim də
sevincimiz, kədəri bizim də kədərimizdir deyib. Azərbaycanın Türkiyədəki səfirliyinin
təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın
daiştirak etdiyi görüş zamanıAzərbaycana böyük sevgisi və təkliflərini
müsbət qarşıladığı üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili
Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri
ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox
sevdiyini deyən Burdur bələdiyyə başqanı Ali Orkun Ercengizlə
Q.Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova
və Əməkdar Artist Nuriyyə Hüseynova Azərbaycan-Türkiyə münasibətlərinin
daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin
öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıblar. Millət
vəkili Q.Paşayevason zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını
itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər
zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib.
Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin
qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədimBurdurun da
Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.
Burdur bələdiyyə başqanı Ali Orkun Ercengiz Türkiyənin və Azərbaycanın
bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla
bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini
deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar
atılacağını bildirib.Millət vəkili Qənirə Paşayeva Burdur bələdiyyə
başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində "Karabağ
hikayeleri” kitabını hədiyyə edib. O, həmçininbələdiyyə
başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı
barədə danışan Qənirə Paşayeva kitabınyaxın günlərdə oxuculara təqdim
olunacaq hissəsələrində qədimBurdurun da yer alacağını
bildirib: "Azərbaycan insanına Burduru daha da geniş
tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.Burdur
bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə
bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva, Nəcibə Nəsibova və
N.Hüseynova bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox
sevdiyini deyən Burdur bələdiyyə başqanı Ali
Orkun Ercengiz Azərbaycana mütləq səfər edəcəyini bildirib.