Türkiyənin məşhur aktyoru Burak Özçivit bu gün Bakıya gəlib.
Aktual.az gecce.az-a istinadən xəbər verir ki, aktyor axşam "Nizami" kinoteatrında göstəriləcək "Kardeşim benim" filminin premyerasında iştirak edəcək. Burak bu dəfə Bakıya aktrisa Aslı Enverlə gələcək.
Filmdə Burak Özçivitlə yanaşı iştirak edən baş rol ifaçısı Murat Boz xəstələndiyi üçün filmin premyerasında iştirak edə bilməyəcək.
Qeyd edək ki, bu, aktyorun Bakıya ilk səfəri deyil. B.Özçivit ötən il sevgilisi Fahriye Ercenlə "Aşk sana benzer" filminin qala gecəsində iştirak edib.