Burada söz sahibi QADINLARDIR: qızlar istədiyi kişi ilə sevişir, oğlanlara hər şeyi... - FOTO

Burada söz sahibi QADINLARDIR: qızlar istədiyi kişi ilə sevişir, oğlanlara hər şeyi... - FOTO

Dünyanın bir çox ölkələrində qadınlardan əşya kimi istifadə edildiyi, fiziki şiddətə məruz qaldığı, heç bir mülkə sahib olmadığı müasir dövrümüzdə Tuareqdə hər şey tam fərqlidir. Bu ölkənin zərif cinsinin sakinləri inanılmaz dərəcədə sərbəst və rahat həyat tərzi sürürlər.

Publika.az xəbər verir ki, buna səbəb Tuareq dövlətini qadınların idarə etməsidir.
Yaşı minillərlə ölçülən, Afrika barbarlarının bir qolu olan Tuareq Afrika qitəsinin mərkəzində Burkina Faso, Cəzair, Liviya, Mali, və Nigeriya kimi ölkələrlə sərhəddə yerləşir.
Yarı köçəri həyat tərzi sürən əhali ömrünün yarısını dəvə belində, sərhalarda gəzərək keçirir. İslam dininə mənsub əhalinin müsəlman adətləri ilə çulğaşmış özünəməxsus adətləri var.
Bu qədər humanist bir toplum olmaqda isə ən böyük pay sahibi qadınlardır.
Tuareq dünyada nadir rast gəlinən matriarxat quruluşuna sahib bir ölkədir. Bu mədəniyyətin ana ünsürü qadındır. Ölkədə mülk sahibliyini qadınlar daşıyır. Eyni zamanda, həm dövlətin, həm ailənin hakimiyyəti qadınların əlindədir. Beləliklə, hər şeyin söz haqqı qadınların əlində cəmləşmiş olur.
Kişilərlə olan münasibətlərə sadəcə qadınlar qərar verir və birlikdə keçirdikləri gecənin ardınca kişi mütləq evi tərk etməlidir. Bu ölkədə qadınlar evlənmədən öncə istədikləri qədər kişi ilə sevgili ola bilər. Ayrıca, qadınların evində hər hansı kişinin yemək yeməsi kişi üçün ayıb hesab edilir. Bir kişi bir qadının evində yalnız onunla münasibətdə olarkən süfrədə otura bilər.
Evlilik qərarını qadınlar verdiyi üçün doğulan uşaqların adı və soyadı da qadınların adı ilə bağlı olur. Hər şey kimi, boşanma qərarını da yalnız qadın verə bilər. Boşanma ritualı isə müasir cəmiyyətdən fərqli olaraq, əyləncə partiləri ilə bayram edilir. Kişi boşandıqdan sonra dəvəsinə minib anasının evinə geri qayıtmalıdır.
Bu toplumda islama zidd qaydalar da mövcuddur. Məsələn, burada niqabı qadınlar yox, kişilər istifadə edirlər. Kişiləri "səhranın mavi adamları” adlandırırlar.
Tuareqdə ən önəmli fiqurlardan biri də analardır. Burada əsas məsələ doğum və yaxud etibar deyil, toplumu, ailəni bir arada tuta bilmək özəlliyidir.
Bütün bu adətlərin istisnasız olaraq həyata keçirilməsinə görə həm müsəlman, həm də digər mədəniyyətlər tuareq mədəniyyətini hər zaman təhdid altında saxlayır.
"Dünyanın incisi” adlandırılan bu toplumun dəyərini isə çox az insan anlayır.







Xəbər 6869 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR