“Bunlar hamısı bir bezin qırağıdır” - DEPUTAT TƏNQİD ETDİ

“Bunlar hamısı bir bezin qırağıdır” - DEPUTAT TƏNQİD ETDİ

"Əli Kərimli indi də ətrafındakı "siyasi qotur”lara tapşırıq verib ki, mediada, sosial şəbəkələrdə Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycana qarşı münasibətini qabartsınlar və bu məsələdə Avropanı haqlı çıxarsınlar. Ona görə də Qənimət kimi üzdəniraqlar, Seymur kimi yalquzaqlar, Fuad kimi "peşka”lar, Bəxtiyar kimi hərdəmxəyallar əməlli aktivləşiblər. Başlarının, beyinlərinin "razmer”ində açıqlamalar, şərhlər verirlər. Və hər dəfəsində də özlərini daha çox biabır, rüsvay edirlər”.

Aktual.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

O, sözlərinə belə davam edib: "Təxminən 2 gün öncə "Azadlıq” qəzetinin feysbuk səhifəsində bu mürtəd Əli Kərimli milli birlikdən, milli məsələlərdən danışırdı. Təsəvvür edirsinizmi? Əli Kərimli və milli birlik. Milli birlik və Əli Kərimli! Aidiyyatı belə yoxdur. Üstəlik, yaxından – uzaqdan. Niyə yoxdur? Çünki Əli Kərimli həmin adamdır ki, daim anti-milli fəaliyyəti ilə yadda qalıb, daim düşmənin əlinə oynayıb, daim xarici kəşfiyyatların əlində alət olub. Hətta müharibə dövründə belə bu qaraguruhbaşı siyasi partiyaların erməni vəhşiliyinə və terroruna qarşı imzaladığı ümumi bəyanatdan kənar qaldı, həmin bəyanata öz imzasını atmadı. Ki, birdən xaricdəki bosslarının, qəyyumlarının, sahiblərinin xoşuna gəlməz. Amma indi utanmadan milli birlikdən danışır, milli mənafedən dəm vurur.

Bunların heç biri milli deyillər. Onlar elə məhz anti-milli ünsürlərdir. Vətən satmaq üçün növbəyə dayananlardır. Xarici piştaxtalarda öz (olmayan) şəxsiyyətlərini, ləyaqətlərini hərraca çıxaranlardır. Bunlar hamısı bir bezin qırağıdır. Uğursuzlar, namərdlər, vicdansızlar bezinin! Bunlar hamısı Əli Kərimlinin, Əli Kərimli isə ölkədən kənardakı hamilərinin "şestyorka”sıdır. Ona görə də belələrinin cavabı hər fürsətdə verilməli, həddi bildirilməli və ifşa prosesi sürətlənməlidir”.

Xəbər 969 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR