Bundan sonra İrana getmək asan olacaq - Qərar dəyişdi

Bundan sonra İrana getmək asan olacaq  - Qərar dəyişdi

Azərbaycan və İran arasında sabah 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir.

Aktual.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.

M. Vaezi bildirib ki, bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb.

O deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq.

“Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”.

Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır.

“Ötən 20 il ərzində İran və Azərbaycanın arasında əlaqələr indiki səviyyədə olmayıb və bu sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib”.

M.Vaezi deyib ki, prezidentlər iki ölkənin əlaqələrinin inkişafında diqqət olunacaq rola malik olub və onun bu rolu əlaqələrin inkişafında çox təsiredici olub.

O deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və komissiyanın təşkili əlaqələrin inkişafına təkan verib.

“Komissiyada yük daşımaları, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub” deyə M. Vaezi bildirib.

Xəbər 1965 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR