"Bundan sonra efirə çıxmayacağam"


Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm. O mövzu mənim üçün bağlanıb. Yaşca özümdən kiçik bəylə isə, ümumiyyətlə, ailə qurmaram. Çünki həyat yoldaşım özümdən yaşca kiçik idi.

Aktual.az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında müğənni Mətanət Əsədova səsləndirib.
Sənətçi bildirib ki, bundan sonra efirə də çıxmayacaq:
"Bu gün bir efirim var. Ondan sonra efirə çıxmayacağam. Bir də nə zaman efirə çıxacağımı bilmirəm. Sözünü demiş sənətkaram, reklama ehtiyacım yoxdur". 
Mətanət Əsədova yaradıcılığı barədə isə bunları deyib:
"Yeni mahnılar üzərində işləyirəm. Bəstəkar mahnıları da var, xalq mahnıları da. Hazırda başım bu işlərə qarışıb". 
 
Aktual.az
Xəbər 615 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR