Dekabrın 31-də Yeni il bayramı ilə əlaqədar Dənizkənarı Milli Parkda ənəəvi konsert proqramı keçirilməyəcək.
Bunu AzNews.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. İdarə rəsmisinin sözlərinə görə, bu günə kimi parkda keçirilən konsert layihələrinə Bakı Şəhər İcra Hakimiyyəti cavadehlik daşıyıb:
"Konsertin keçirilməməsinin səbəbini də onlar bilir."
Nazim Məcidov dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq ancaq olacağını vurğulayıb:
"Artıq bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti bizə müraciət edib . Atəşfəşanlıq üçün qurğular gətirilib və onların yerləşdiriləcəyi ərazilər müəyyənləşdirilib."
Aktual.az
Xəbər 522 dəfə oxunub.