Mayın 1-də Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyən edilib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrrının arxasında özünü dənizə ataraq intihar edən şəxsin Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü Rahib Qafarov olması müəyyən edilib.
Bildirilir ki, R.Qafarovun psixi problemləri olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.