Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
Aktual.az lent.az-a istinadən bildirir ki, 1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu AlpənahovDənizkənarı Milli Park ərazisində ("Park Bulvar"ın yanı) özünü dənizə ataraq intihara cəhd edib. Xilasedicilər intihara cəhd edən və onu xilas etmək istəyən daha 2 nəfəri xilas edərək dənizdən çıxarıb.
Bundan başqa 1997-ci ildə Sabirabadda anadan olmuş Əhmədova Rəqsanə Abbas qızı bulvar ərazisində ("Mirvari" kafesinin qarşısında) özünü dənizə ataraq intihara cəhd edib. Bulvarın mühafizəçiləri və vətəndaşlar onu sudan çıxarıblar. O, ilkin ifadəsində həyatdan bezdiyini deyib.
Hər iki faktla bağlı araşdırma aparılır.