Yanvarın 30-da Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi baş verib.
Aktual.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini C.Məmmədova özünü dənizə atmağa cəhd göstərib. Cəhdin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb.
Qadının əsəb xəstəsi olduğu bildirilib.