Dənizkənarı Milli Parkda 25-30 yaşlı şəxs intihara cəhd edib.
Dənizkənarı Bulvar İdarəsindən Aktual.az-a verilən məlumata görə, gənc oğlan dənizə düşdükdən sonra idarənin xilasediciləri onu çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Xilas edilən şəxs intihar etmək niyyətində olmadığını, ayağı sürüşərək suya yıxıldığını bildirsə də, xilasedicilər hadisənin qəsdən törədilməsinin şahidi olduqlarını bildiriblər.
Aktual.az