Bulvarda 18 yaşlı qızın intiharının səbəbi açıqlandı

Bulvarda 18 yaşlı qızın intiharının səbəbi açıqlandı

Məmmədovanın atası danışdı.

Dünən gecə Bakı bulvarında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 20-45 radələrində Dənizkənarı Milli Markın “Sadko” kafesi yaxınlığındakı hissəsində özünü dənizə atan 1997-ci il təvəllüdlü Həmidə Məmmədova bir neçə gün əvvəl Beyləqan rayonundan Bakıya qohumlarının evinə qonaq gəlibmiş.

Hadisədən sonra ifadə verən 18 yaşlı qızın atası Ramiz Məmmədov bildirib ki, qızı filmə çəkilmək istəyirmiş və Bakıya gəlməkdə də məqsədi həmin filmdə çəkilmək imiş.

R.Məmmədov etiraf edib ki, qızına filmdə çəkilmək üçün icazə vermədiyinə görə narazılıq yaranıb.

Qeyd edək ki, FHN-in xilasediciləri tərəfindən meyiti sudan çıxarılan H.Məmmədovanın üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 834 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR