Bülent Ersoy 2 ilə qədər həbs oluna bilər

Bülent Ersoy 2 ilə qədər həbs oluna bilər
  • DÜNYA

Müğənni Bülent Ersoy aktrisa rəfiqəsi Oya Aydoğanı xəstəxanada ziyarət edərkən aparıcı Lerzan Mutlunu sərt tənqid etmişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, O.Aydoğanı efirdə çətin vəziyyətə saldığı üçün L.Mutlu haqda "Mən adamın canlı yayımına basqın edərəm" demişdi. Bu sözlərinə görə Ersoya qarşı "təhdid etmək" maddəsi ilə məhkəmə açılıb və 2 ilə qədər həbs olunması istənilir. İddianamədə "şübhəli" adlandırılan ifaçı haqqındakı ittihamı rədd edərək təhdid məqsədi olmadığını və canlı yayıma çıxaraq həqiqətləri danışmaq istədiyi üçün belə dediyini açıqlayıb.

Beləliklə, 6 aydan 2 ilə qədər həbsi istənilən B.Ersoy hakim qarşısına çıxacaq.

Qeyd edək ki, mərhum aktrisa O.Aydoğan apardığı proqramda canlı yayım zamanı digər aparıcı L.Mutlunun kobud davranışı ilə üzləşmişdi. Aktrisa xəstəxanaya düşəndən sonra B.Ersoy Mutlu haqda sərt ifadələr səsləndirmişdi.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR