Milli Məclisin bu gün keçirilən sonuncu iclasında 2016-cı ilin dövlət büdcəsi layihəsi müzakirəyə çıxarılaraq təsdiq edilib.
Aktual.az xəbər verir ki, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, bütün təkliflərə baxılıb və diqqətlə öyrənilib.
Nazir qeyd edib ki, qaçqın və məcburi köçkünlərin məskunlaşması, mənzil yaşayış şəraitinin yaxışılaşdırılmas ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı ildə həmin məqsəd üçün ayrılan vəsaitlər 50% artırılaraq 150 milyon manata çatdırılacaq.
Təklif nəzərə alınmaqla icmal büdcənin xərcləri 19 mlrd. 956 mln. manata çatdırılacaq. Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9 mlrd. 948 mln. manat təşkil edəcək.
Həmçinin S.Şərifov bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklər bəyənilərək plenar iclasa tövsiyyə olunub.
Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idid ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 % çərçivəsində artmasına səbəb olacaq.
Nazir təklif edilən dəyişikliklər nəzərə alınmaqla millət vəkillərini həmin layihəhəyə səs verməyə dəvət edib.
2016-cı ilin dövlət büdcəsi səsverməyə çıxarılaraq qəbul edilib.