Bu yolda insanların həyatı təhlükə altındadır -Diqqət

Bu yolda insanların həyatı təhlükə altındadır  -Diqqət

Bakının Əliyar Əliyev küçəsində, Bakı Modern Məktəbinin yanındakı yolayrıcında qoyulmuş piyada keçid nişanı çox "müəmmalı" səbəblərdən götürülüb.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Ə.Əliyev küçəsindəki yaşayış binalarının sakinləri nişanın təxminən iki ay əvvəl qoyulduğunu, indisə "yoxa çıxdığını" deyirlər.
"Yolda piyada keçid zolağı var, amma sürücülər bu zolağa əsla məhəl qoymurlar. Nişan olanda onlar bəzən gözləyir, qaydaları pozmamağa çalışırdılar. Həmin nişan götürüləndən sonra isə keçiddə, sanki, xaos yaranıb.

Azyaşlı uşaqlar, qocalar, xanımlar var, onlar yolu min zülmlə, əziyyətlə, qorxu ilə keçirlər - çünki avtomobillər piyada keçidi zolağına əsla məhəl qoymur, sürəti aşağı salmadan keçirlər", - sakinlər bildirirlər.
Onların sözlərinə görə, bəhs etdikləri vəziyyət günbəgün ağırlaşır. Həmin keçiddə yolu keçmək istəyən insanların həyatı təhlükə altındadır.

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR