Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.
"Azəravtoyol”ASC-dən verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq. Məhdudiyyətə səbəb yolda aparılacaq təmir işləridir.
"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.
Aktual.az
Xəbər 428 dəfə oxunub.