"Faciədən də dividend əldə eləməyə çalışmaq və hətta bu mövzu üzərindən belə iqtidara ittihamlar yağdırmaq əslində bir insanın nə qədər qansız, vicdansız, fürsətcil olduğunun birbaşa göstəricisidir".
Aktual.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin son "facebook” statusuna münasibət bildirərkən söyləyib.
"Bu "psixopat”da həqiqətən ürək, hiss, milli ruh deyilən şey yoxdur. Ona görə hər şeydə qəbahət, hücum elementi, siyasi çalar axtarır. Üstəlik, unudur ki, qəza, faciə yüz səbəbdən baş verə bilər və təfərrüatlar məlum olmadan belə yöndəmsiz, urvatsız açıqlamalar verməyin, statuslar yazmağın heç bir halda adı və yeri yoxdur.
Ayıbdır! Ayıb bir yana qalsın, sözün gerçək anlamında əxlaqsızlıqdır, sənin elədiyin – Əli Kərimli! Gör nə günə qalmısan, nə qədər quduzlaşmısan, mənəviyyatsızlığın hansı etapına, səviyyəsinə qədər enmisən ki, artıq gözün heç nəyi görmür...” – deyə millət vəkili fikirlərinə davam edib.
Xəbər 191 dəfə oxunub.