Qazaxıstanın Almatı şəhərində hələ açılmamış yeni məktəblə bağlı mübahisə yaranıb.
Aktual.az xəbər verir ki, bu barədə "Orda” qəzeti məlumat yayıb.
Məlumata görə, şəhərin Bostandık rayonunun sakinləri akimliyə (yerli icra hakimiyyəti orqanı) gələrək məktəbin qazaxdilli məktəbə çevrilməsini tələb ediblər.
Onların sözlərinə görə, qazax məktəblərində yerlər kifayət qədər deyil və uşaqlar illərlə növbə gözləməli olurlar:
"Hazırda ərazidə qazax sinifləri olan yalnız bir qarışıq məktəb var və orda da boş yer yoxdur. Valideynlər yeni məktəbin tədrisinin tamamilə qazax dilində aparılmasında israr edirlər”.
Xəbər 60 dəfə oxunub.