Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Qazaxıstan "Tramp yolu” layihəsinə maraq göstərir.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Avqust ayından bəri Qazaxıstan "Tramp yolu”na olan marağını gizlətməyib. Bilirsiniz ki, Qazaxıstan beynəlxalq nəqliyyat sektorunda, xüsusən də Çindən və Çinə mal axını baxımından ən böyük oyunçulardan biridir. Qazaxıstandakı tərəfdaşlarımız hansı nəqliyyat imkanlarının açıldığını və onlara necə təsir edəcəyini daha ətraflı anlamağa çalışırlar”, - o bildirib.
Paşinyan qeyd edib ki, Qazaxıstan layihəyə maraq göstərən yeganə ölkə deyil:
"Bu, açıq bir prosesdir və biz bunu tərəfdaşlarımızdan gizlətməyi düşünmürük, təbii ki, biz Qazaxıstanı ixrac, idxal və nəqliyyat zəncirinin bir hissəsi kimi nəzərdən keçirmək üçün Ermənistandan keçən marşrutlardan istifadəyə dəvət etməyə də hazır olmalıyıq”.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR