Bu türbənin bərpasına 9,566 min manat ayrılıb - SƏRƏNCAM

Bu türbənin bərpasına 9,566 min manat ayrılıb - SƏRƏNCAM

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,566.0 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.
Aktual.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR