Bu tələbələr xəstəxanalara işə MÜSABİQƏSİZ qəbul ediləcəklər

Bu tələbələr xəstəxanalara işə MÜSABİQƏSİZ qəbul ediləcəklər

Səhiyyə Nazirliyinin Kollegiyası “Səhiyyə müəssisələrində həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”nda dəyişikliklər edib.
Edilən dəyişikliklər Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrində vakant elan edilmiş vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu qaydalarını müəyyən edir.
Səhiyyə müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul müsabiqə əsasında edilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İndiyə qədər bu qaydalar səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, həmçinin  müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilməyib. Yəni onların işə qəbulu müsabiqə əsasında həyata keçirilməyib. Dəyişikliyə əsasən bundan sonra dövlət proqramı ilə xaricdə təhsil almış şəxslərə də şamil edilməyəcək.
Digər dəyişiklik Müsabiqə Komissiyası ilə bağlıdır. İndiyə qədər səhiyyə müəssisələrində vakant elan edilmiş vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu məqsədilə müsabiqənin təşkil edilməsi və keçirilməsi üçün sayı 9 nəfərdən ibarət Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla, səhiyyə naziri tərəfindən təsdiq edilib. Dəyişikliyə əsasən Komissiya ilə bağlı say məhdudiyyəti ləğv edilib. Başqa sözlə, səhiyyə müəssisələrində vakant elan edilmiş həkim ixtisasları üzrə vəzifələrə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu tərkibi səhiyyə naziri tərəfindən müəyyən edilmiş komissiya tərəfindən həyata keçiriləcək. 
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR