Bu sözlər sizi enerjidən məhrum edir - Heç vaxt deməyin!

Bu sözlər sizi enerjidən məhrum edir - Heç vaxt deməyin!

Gündəlik istifadə etdiyimiz sözlərin çoxu həyatımıza bu və ya digər şəkildə təsir edir. Elə sözlər var ki, onlar xoşbəxtlik və uğur, elə sözlər də var ki, məyusluq və uğursuzluq gətirir.


Tələffüz üçün zərərli olan sözlər kateqoriyalara və ya alt tiplərə bölünmür. Onların istifadəsini sadəcə heçə endirmək lazımdır. Bir çox psixoloq və bioenerji mütəxəssisləri hansı sözlərin narahatlıq gətirə biləcəyi ilə əlaqədar fərqli düşüncələrə sahibdir, lakin bu halda belə bir çox təsadüflər var.

Niyə bəzi sözlər uğursuzluq gətirir? Bunun səbəbi həyatımıza nüfuz edən ətrafımızdakı dalğalardır. Onlar bizi kainatın bolluq mərkəzi ilə birləşdirir ki, bu da bizə uğur və istədiyimiz hər şeyi gətirə və ya sizdən hər şeyi ala bilər. Əgər nitqinizə diqqət etsəniz, onun təsiri sizi çox gözlətməyəcək.

Kainatın əsas qanunları düşüncələrin maddi olduğunu göstərir. Sözlər düşüncələrimizi yüksək səviyyədə ifadə edir. Sözlər çox güclüdür, çünki onlar düşüncələrin tam hasilidir. Odur ki, kainatın müsbət qüvvələrini özünə cəlb etmək üçün yalnız müsbət enerji və uğur gətirən sözlər istifadə edin. Onlar sizə həyatdan zövq almağa və öz məqsədlərinizə daha tez nail olmağa kömək edəcək.

Aktual.az oxucuları uğursuzluq gətirən sözlərlə tanış edir.

Şansınızı qaçıran sözləri bilmək vacibdir. Onları nə qədər az istifadə etsəniz, bu, sizin üçün bir o qədər yaxşı olacaq. Onlar kainatın bolluq mərkəzi ilə ünsiyyət yaradan enerji kanallarını bloklayır.

İlk söz: Yox

Bu, xoşbəxtliyin əsas rəqibidir. Düşüncələrinizi elə ifadə edin ki, bu sözləri tez-tez istifadə etməli olmayasınız. Əlbəttə ki, onları leksikondan çıxarmaq daha yaxşı olardı, amma bu, tamamilə qeyri-mümkündür. "Xeyr" sözünün istifadəsini minimuma endirməyə çalışın. Bu, müsbət biosahəni ən çox məhv edən ən əhəmiyyətli inkardır.

İkinci söz: Nifrət edirəm

Nifrət insanın iç dünyasından doğulan ən dəhşətli bir hissdir. Onun heç bir bəraəti yoxdur. Heç bir vəziyyətdə onu dilə gətirmək olmaz, hətta ən çətin halda. Ondan xilas olmaq asandır. Kimsə sizi incidibsə, qəlbinizi qırıbsa və ya kimsə sizin üçün xoşagəlməz bir şey edibsə, hisslərinizi "Ona nifrət edirəm” ifadəsi ilə dilə gətirmək lazım deyil. Qəzəbinizi başqa sözlə ifadə edə bilərsiniz.

Üçüncü söz: Lənətə gələsən

Sözlər vasitəsilə heç kəsə pislik arzulamayın və bu ifadəni dilinizə gətirməyin. Çünki sizin kiminsə həyatını cəhənnəmə çevirmək üçün real bir şansınız var, amma düşməni cəzalandırmaq üçün bir yol axtarırsınızsa, sevinməyin, çünki bu enerji bumeranq kimi sonradan özünüzə qayıdacaq. Bu söz özündə böyük qaranlıq gücə malikdir. O, qara zolaqlarda sizin müdafiənizi zəiflədir.

Dördüncü söz: Problem

İlk baxışdan elə görünür ki, bu söz zərərsizdir. Əgər hər hansı problemlə qarşılaşmısınızsa, bu sözü tez-tez işlətməyin, çünki onda kifayət qədər mənfi enerji var. Bu sözü siyahıya daxil edilən digər bəndlərən ən az təhlükəsizi adlandırmaq olar. Buna baxmayaraq qarşılaşdığınız situasiyaları problem adlandırmamağa çalışın.

Beşinci söz: Yoxsulluq

"Yoxsulluq" təkcə sizin enerjini deyil, olduğunuz məkanın da müsbət aurasını sorur. Pul itirmək istəmirsinizsə, sözü başqası ilə əvəz edin.

Altıncı söz: Ölüm

Sağlamlığınızı təhlükə altna atmaq istəmirsinizsə, o sözü yüksək səslə söyləməyin. Bu yalnız enerjidən deyil, həm də cansağlığından məhrum edir. Bu sözü deməklə ətrafınızdakı dünya zəiflədir və rənglərin solmasına səbəb olursunuz.

Yeddinci söz: Şeytan!

Sadəcə möminlər deyil, hamı bilir ki, "şeytan" sözü qaranlıq qüvvələri cəlb edir. Psixoloqlar iddia edir ki, şeytan sözü bütün neqativi maqnit kimi özünə çəkir. Əgər işlərin yarımçıq qalmasını, dostların düşmənə çevrilməsini istəmirsinizsə, bu sözü heç vaxt söyləməyin.

Səkkizinci söz: Heç vaxt

Heç vaxt "heç vaxt" deməyin - bu sözün böyük mənası var. Hətta ən xoş bir kontekstdə belə bu söz sizi həyat enerjisindən məhrum edir. Siz bununla daxildəki müsbətləri məhv edirsiniz. Bu söz sürətlə hərəkət edən avtomobilin birdən-birə qarşısına çıxan işıqforun qırmızı rəngidir. Siz artıq avtomobili dayandıra bilmirsiniz. Çünki 4 yol ayrıcına keçirsiniz.

Doqquzuncu söz: Bəxtsiz

Burada "siz" şəkilçisi iştirak edir ki, bu da öz növbəsində olduqca xoşagəlməz bir məna daşıyır. İstənilən xoşagəlməz vəziyyət sizi bu sözü deməyə məcbur edə bilər, lakin özünü saxlamaq lazımdır.

Onuncu sözü: Yorğun

Siz həqiqətən yorulsanız da, bu barədə danışmaq lazım deyil. Bunlar psixologiyanın incəlikləridir. Əslində, yorğun olduğunuzu ifadə etməklə diqqətinizi bu istiqamətdə yönləndirirsiniz. Daha çox yorulmağınınız səbəbi də budur, ehtiyat güc haqqında unudursunuz.

On birinci söz: Axmaq

Bu sözün tarixi zəngindir. "Axmaq" bəzən bu və ya digər insanın hərəkətlərini çox yaxşı təsvir edir, amma bu, sizə imkan verməməlidir ki, onu dilinizə gətirəsiniz. Elə zənn edirsiniz ki, "axmaq" zərərsiz bir sözdür, amma nahaq. Onu dilə gətirməklə özünüzü zəiflədirsiniz.

On ikinci söz: Bacarmıram

Yenə də inkar şəkilçisi. İnsanın bacarmadığı iş yoxdur. Siz qazanmaq üçün hər şansa malik olan şüurlu bir varsınız. Bir şey edə bilməyəcəyinizi söylədiyiniz zaman o reallağa çevrilir. Deyin ki, siz hər şeyi edə bilərsiniz.

On üçüncü söz: Ümidsiz

Ölümdən başqa hər şeyə çarə var. Taleyinizi, gələcəyinizi və bu gününüzü özünüz idarə edirsiniz. Əgər nə isə əldə etmək istəyirsinizsə, onda bu, heç vaxt mümkünsüz olmayacaq.

Razılaşın ki, deyilənlərə əməl etmək elə də çətin deyil. Bəzi ifadələri leksikonuzdan ümumiyyətlə çıxarmaq olar, qalanlarını da uğurlu sinonimləri ilə əvəz etmək olar. Kainatdakı müsbət dalğaları qəbul etməyə mane olan sözlərdən istifadə etməsəniz, uğur həmişə sizinlə olacaq.(Publika.az)

Xəbər 1108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR