“Bu sözdən sonra niyə kimsə məni satqın adlandırsın?” - Paşinyan Ermənistanın sahəsini açıqladı

“Bu sözdən sonra niyə kimsə məni satqın adlandırsın?” - Paşinyan Ermənistanın sahəsini açıqladı

"Ermənistan Respublikasının ərazisi 29800 kvadrat kilometrdir. İndi bu açıqlamadan sonra niyə kimsə məni satqın adlandırsın və Ermənistanın ərazisinin əslində 300 min kvadrat kilometr olduğunu söyləsin?”.
Aktual.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

"Bizim 300 min kvadrat kilometrə çatana qədər heç bir sərhəd tanımamalı olduğumuzu düşünən kimlərdir? Bəlkə də bəziləri hesab edir ki, bu, məsələn, dənizdən-dənizə Ermənistan ideyasından imtinadır və deməli, bu, vətənə xəyanətdir”, - deyə Paşinyan Ermənistan Respublikasının ərazisindən danışarkən bildirib.


Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR