Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq - Niyaməddin Orduxanlı

Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq - Niyaməddin Orduxanlı

Ötən həftə Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərlərilə görüş keçirilib.
 
Aktual.az xəbər verir ki, görüşdə Milli Məclis Aparatı, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri də iştirak edib.
 
Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı bu görüşün səmərəli olduğunu deyib:
 
"Bu, Azərbaycan siyasi partiyalar tarixində ilk hadisədir. Görüş siyasi partiyalarla hakimiyyət orqanları arasında konstruktiv mövqedə münasibətlərin inkişafının ortaya gəlməsinin əsasını yaradır. Hər bir partiya çıxışında vacib məqamlara toxunub, ölkənin siyasi proseslərdə rolunu qeyd edib. Təbii ki, bu,  ölkənin siyasi təmərküzləşməsində mühüm bir rol oynayır. Ölkə vətəndaşları da düşünməlidir ki, siyasi partiyalar da bir araya gəlməlidir. Bu günə qədər bir sıra hallarda müxtəlif partiyalarla görüş keçirilib. Və bu beynəlxalq təşkilatların təşəbbüsü ilə baş tutub. Bu görüşlərdə ölkədaxili məsələlərin müzakirəsi təşkil edilib. Amma ilk dəfə olaraq hakimiyyət orqanlarının birgə iştirakı ilə belə bir görüş keçirilib. Görüş konstruktiv dialoq əsasında aparılıb. Düşünürəm ki, bu, ölkədə siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq”.
Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR