Bu siqaretlərin də qiyməti ucuzlaşdı

Bu siqaretlərin də qiyməti ucuzlaşdı

"Japan Tobacco International" (JTI) şirkəti daha bir neçə brendlərə aid siqaretlərin Azərbaycan bazarında satış qiymətini ucuzlaşdırıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, LD və Sobraniye markalı siqaretlərə aiddir.
Şirkətin "LD Extra" markalı siqaretinin qiyməti 2,60 manatdan 2,20 manata düşüb, "Sobranie" markalı siqaretin qiyməti isə 4,30 manatdan 3,30 manata qədər ucuzlaşıb.

Xatırladaq ki, ötən həftə şirkətə məxsus siqaret çeşidlərində, xüsusən də "Winston" (15%), "Sobranie" (29%), "Camel" (14%) üzrə ucuzlaşma qeydə alınmışdı. "Winston"un qiyməti 3,30 manatdan 2,80 manata, "Camel"in qiyməti isə 3,50 manatdan 3 manata düşüb.

Şirkət bu ucuzlaşmanı alıcılıq qabiliyyəti və qiymətlərin bahalaşmasından sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayının artması ilə bağlı olması ilə əsaslandırmışdı.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR