Bu şəxslərə 5 il müddətinə yardımlar veriləcək (VİDEO)

Bu şəxslərə 5 il müddətinə yardımlar veriləcək (VİDEO)

Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında frəman imzalayıb.

Aktual.az xəbər verir ki, fərmanın verilməsində məqsəd ölkənin özünü ərzaq buğdası ilə təmin etməsi imkanını artırmaqdır.

Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.

Başqa sözlə, bu subsidiya yalnız o təsərrüfatlara veriləcək ki, onlarda müasir suvarma sistemləri qurulmuş olsun. Bundan başqa, həmin tədarükçülər qarşıdakı illərdə buğda istehsal edəcəklərinə aid öhdəlik götürməlidirlər.

Belə şəxslər 2023-cü ildən başlayaraq qarşıdakı 5 il ərzində məhsul subsidiyası alacaqlar. Məhsul subsidiyası - təsərrüfatın təhsil verdiyi məhsula görə hesablanan subsidiyadır. Təhsil verilən məhsulun həcmi və sahədən məhsuldarlıq yüksək olduqca, subsidiya məbləği də artır.

İqtisadçı Emin Qəribli 5 illik subsidiyaların verilməsi ilə "ARB"24"ə bildirib ki, bu yardımlardan faydalanmaq istəyən sahibkarlar ilk öncə Kənd Təsərrüfatı Nazirliyi müqavilə bağlamalıdır: "Burada üçtərəfli müqavilədir ki, sahibkara təminat yaranır. 5 illik müddət ərzndə ilk 20 faiz ödənilir, qalan 40 faizi dövlət sahibkara təmənnasız verir. Bu illər ərzində sahibkarlara dünya bazarında buğdanın qiymətindən asılı olaraq istehsal edilən məhsuldan əlavə subsidiyalar da veriləcək".

Xəbər 1016 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR