Bu şəxslər üçün 280,1 milyon ayrılır

Bu şəxslər üçün 280,1 milyon ayrılır

2025-ci ilin dövlət büdcəsi layihəsində məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (412 min 600 nəfərə) vahid aylıq müavinətin verilməsi üçün 280,1 milyon manat vəsait nəzərdə tutulur.
Aktual.az xəbər verir ki, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 311,2 milyon manat vəsait proqnozlaşdırılıb.
Bundan başqa keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün 19,3 milyon manat, digər tədbirlər üzrə 11,8 milyon manat vəsait nəzərdə tutulur.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR