"Bu sərəncam Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir"


Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti əfv sərəncamı Azərbaycanın gücünü, apardığı siyasətin ən yüksək məqamlarını əks etdirən bir sərəncamdır.


Aktual.az Trend-əistinadən bildirir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, buna, sadəcə, bir əfv sərəncamı kimi baxmaq olmaz: "Bu, Azərbaycan dövlətinin, onun Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir".

Komitə sədri bildirib ki, bu əfv sərəncamını iki istiqamətdə qiymətləndirmək olar: "Birincisi, Azərbaycan Prezidenti ənənəvi olaraq çox yüksək humanistlik göstərərək, insan haqlarına xüsusi bir münasibət göstərərək, hansısa qanun çərçivəsində düzgün hərəkət etməyən bir sıra insanları əfv etdi. Bu humanist addım öz-özlüyündə çox yüksək qiymətləndirilməlidir. Bu, ənənəvi olaraq Azərbaycan Prezidentinin atdığı addımlarından biridir".

S.Seyidovun sözlərinə görə, ikincisi, bu əfv sərəncamı dövlətin milli maraqların ən yüksək səviyyədə qorunması istiqamətində apardığı siyasət çərçivəsində atılan bir addım kimi qiymətləndirilməlidir: "Ona görə ki, heç kim üçün sirr deyil ki, insan haqları ilə bağlı məsələlər bəzi beynəlxalq təşkilatlarda təzyiq alətinə çevrilib, bununla bağlı manipulyasiyalardan istifadə edilir və dünyada gedən proseslərin istiqamətini dəyişdirmək üçün istifadə edilən bir vasitə kimi tanınır. Və bu məsələnin Azərbaycana qarşı da bir təzyiq vasitəsi kimi istifadə olunması heç kim üçün sirr deyil. Dünən imzalanan bu əfv sərəncamı Azərbaycan siyasətinin heç bir təzyiqə məruz qalmamasının, yalnız milli maraqlar çərçivəsində, humanist və ali insanlıq nöqteyi-nəzərindən həyata keçirilməsinin ən gözəl nümunəsidir".

S.Seyidov əlavə edib ki, bu gün, həmçinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, ATƏT, eləcə də müxtəlif dövlətlər, o cümlədən ABŞ bu əfv sərəncamını yüksək səviyyədə qiymətləndirirlər.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR