"Biz elə bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi söyəcək, "satqın” adlandıracaq".
Aktual.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
"Xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsə belə, əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazisində davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Əgər bu, təmin olunarsa, mən bu qərarı imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır", - deyə Paşinyan qeyd edib.
Xəbər 265 dəfə oxunub.