"Bu sənəd Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə yönəlik böyük təxribatdır"


Fərid Şahbazlı: "Bu erməni lobbisinin Azərbaycanın reallaşdırdığı qətiyyətli müstəqil xarici siyasətdən keçirdiyi ciddi narahatçılığın məntiqi nəticəsidir"
 
"ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən “Azərbaycan Demokratiya aktı”  adlı sənədin bu məqamda təqdim edilməsi dünyadakı erməni lobbisinin Azərbaycanın reallaşdırdığı qətiyyətli müstəqil xarici siyasətdən keçirdiyi ciddi narahatçılığın məntiqi nəticəsidir.  Hər zaman erməni lobbisinin təsiri altında fəaliyyət göstərən konqresmen Kris Smitin hazırladığı və özündə ölkəmizin yüksək vəzifəli məmurlarına sanksiyaların tətbiq edilməsini ehtiva edən bu sənəd Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə yönəlik böyük təxribatdır".
 
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı sözügedən sənədi şərh edərkən bildirib. Onun sözlərinə görə,  ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı, dini tolerantlıq və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Bu sənəd birmənalı şəkildə Azərbaycan demokratiya və insan hüquqlarının qorunmasına hesablanmayıb və ABŞ-dakı erməni lobissinin təsiri altında olan dairələrin dövlətimizin həyata keçirdiyi qətiyyətli müstəqil xarici siyasəti həzm edə bilməməsinə işarədir.  
Belə uydurma sənədlərlə Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq, buna cəhd edənlər anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Qərb olacaq"
 
F.Şahbazlı bildirib ki, Azərbaycanda reallaşdırılan siyasətin mərkəzində yalnız ölkəmizin və xalqımızın milli maraqları dayanır: "Ölkəmiz insan hüquqları, demokratiya, söz və fikir azadlığı sahəsində olduqca ciddi nailiyyətlər əldə edib və bu siyasət dünyanın bir çox ölkələri üçün uğurlu model olacaq səviyyədədir. Azərbaycanda hakimiyyət insan hüquqları, demokratiya və söz azadlığının ən böyük dəstəkçisidir”.
Xəbər 1136 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR