Bu səhvlərə yol verməyin!

Bu səhvlərə yol verməyin!

Övladınızla münasibətdə edə biləcəyiniz yanlışlar:
 
Böyüdüyünün fərqində deyilsinizmi? Övladınızın hər gün böyüdüyünün, öz fikirlərinin formalaşdığının  fərqində olmalısınız.  Onunla öz istəklərinizə görə davranmanız yanlışdır.
 
Öz ailənizdə gördüyünüz neqativ davranışları siz də  təkrarlayırsınızmı? Özünüz uşaq olarkən sizinlə necə davranılıbsa bunu siz də təkrarlamayın. Özünüz olun, övladınızın fərdi xüsusiyyətlərinə görə davranın.
 
Əmrlərlə danışmayın. Əmr vermək əvəzinə,  “bunu etsən daha yaxşı olar”, “xahiş edirəm”, “icazə verirərəm” kimi ifadələri işlətməniz məqsədəuyğundur.
 
Özünüzün yaxşı davranışınızı nümunə gətirmək əvəzinə, yaxşı davranışınızı əməldə göstərməklə nümunə olun.
 
Tənqid etməyin. Tənqidiniz onda aqressivlik yaradar. Xüsusilə də digər insanların yanında tənqidi münasibət övladınıza heç də xoş olmaz. Bu üsulla tərbiyə etdiyinizi düşünürsünüzsə yanılırsınız.
 
Etdiyini görməzlikdən gəlməyin. Daha yaxşısını bacarması üçün dəstək olun.
 
Övladınızın danışığı, davranışı, etdikləri və s. ilə lağ etməyin. Özlüyünüzdə sadəcə güldüyünüzü, burada pis bir şeyin olmadığını düşünürsünüzsə yanılırsınız. Özünüzü onun yerində təsəvvür etsəniz övladınızı  daha yaxşı başa düşərsiniz.
 
Dəfələrlə sizin onu sevib sevmədiyinizi soruşur? Siz isə artıq yorulmuş halda bu sualını sərt cavablandırırsınızsa diqqətdən  qaçırdığınız məqam var. Demək ki, onun bu sözü dəfələrlə eşitməyə ehtiyacı var. Etməniz olduğunuz isə onun soruşmasını gözləmədən sevginizi ifadə etməniz və hissetdirmənizdir.
 
Əşyasının lazımsız olduğunu, otağın görünüşünü pozduğunu düşünürsünüzsə bunun həlli yolu  övladınızın  oyuncaqlarına, əşyalarına qarşı kobud davranmaq, bir kənara atmaq və ya evdən uzaqlaşdırmaq deyil. Övladınız üçün önəmli olan bir əşyanı kənara atmanız onu incidər. Əşyalarının dağınıq halda ortalıqda olmasını istəmirsinizsə tərbiyə zamanı bu qaydaları (istifadə etdikdən və ya oynadıqdan sonra yığışdırmalı, hara yerləşdirməli olduğunu və s.) öyrədin.
 
Uzun mühazirələr. Tərbiyə etdiyinizi düşünüb eyni bir hadisəni dəfələrlə danışmaq və ya etdiyi səhv üzərindən uzun-uzadı söhbətləriniz övladınızı yorar, eyni zamanda onun bu danışıqlarınızı  başa düşməməsi isə sizi acıqlandırar. İzah verərkən övladınızın yaşını nəzərə almanız, bunu daha maraqlı ( rollu oyunlar , hadisələr üzərindən münasibətinin öyrənilməsi, oyun və s.) və onun başa düşə biləcəyi bir dildə etməniz məqsədəuyğundur. (valideyn.az)
Xəbər 837 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR