"Bu şəhərdə”nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rafael və Coşqunun yeni layihəsinin adı "Bu şəhərdə 2050” adlanacaq. Bununla yanaşı, efirdə yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də telekanalda yer alacaq.
Xəbəri Qaynarinfo-ya ATV-dən təsdiq ediblər. Telekanaldan onu da bildirdilər ki, "Bu şəhərdə”nin ikinci layihəsinin də müzakirəsi gedir. Bununla bağlı isə layihə öz təsdiqini tapdıqdan sonar ətraflı məlumat veriləcək.
Xəbər 812 dəfə oxunub.