Bu şəhər və rayonlarda başçı yoxdur

Bu şəhər və rayonlarda başçı yoxdur

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Aktual.az xəbər verir ki, hazırda ölkəmizdə icra başçısı olmayan şəhər və rayonların sayı 3-dür.
Belə ki, Ağdaşla yanaşı Culfa rayonunun və Naxçıvan şəhərinin icra başçısı vəzifəsi boşdur.
Culfanın icra başçısı Siyam Çərkəz oğlu Hacıyev isə 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Mirsənani Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR