Bu şadlıq evi bağlandı — FOTOLAR

Bu şadlıq evi bağlandı — FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyətini dayandırıb.
FHN-dən Aktual.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xaçmaz şəhərində yerləşən "Elmin” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Məlum olub ki, mövcud vəziyyətdə obyektdə hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
 










Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR