Bu saatlarda hansı çay içilməlidir? - MƏSLƏHƏT

Bu saatlarda hansı çay içilməlidir? - MƏSLƏHƏT

Çay qədim dövrlərdən bəri xalq təbabətində geniş şəkildə istifadə edilib. Bir sıra xəstəliyə çarə olan bu içkinin müasir dövrdə çoxlu çeşidləri mövcuddur. Mütəxəssislər bildirirlər ki, sağlamlıq üçün çayı günün saatlarına uyğun içmək lazımdır.
Publika.az səhər, günorta və axşam saatlarında hansı çayları içməli olduğunuzu araşdırıb:
Günə başlayarkən
Səhər oyananda enerjinizi artırmaq üçün kofeinlə zəngin qara çaya ehtiyacınız olacaq. Səhər yeməyinin yanında içdiyiniz 1 stəkan qara çay aktivliyinizi artıracaq.
Günortanın stressi
Günorta saatlarında iş stressi artır. Stresslə mübarizə üçün ən yaxşı variant isə yaşıl çaydır. Yaşıl çay tərkibindəki antioksidantlar sayəsində stressi azaldır, dinclik verir.
Axşamın yorğunluğu
Axşam saatlarında kofeinsiz çaylardan istifadə etmək məsləhətdir. Ağ çay, çobanyastığı çayı, lavanda çayı içərək günün yorğunluğunu ata bilərsiniz. Bitki çayları gecə daha rahat yatmağınıza kömək edəcək.
 
Aktual.az
Xəbər 1058 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR