Çinin hüquq-mühafizə orqanları restoranlarda yol verilən cinayət xarakterli faktların üstünü açıb.
Aktual.az ATV.az-a istinadən xəbər verir ki, yoxlamalar zamanı məlum olub ki, 35 restoranda yeməklərə tiryək qatılırmış. Məqsəd isə müştərilərdə həmin yeməklərə qarşı alışqanlıq yaratmaq və bununla da onları həmin ictimai-iaşə obyektlərinə cəlb etmək olub. Narkotik vasitələrə əsasən düşbərə, əriştə və digər xörəklərdə rast gəlinib. Bu kimi əməllərə Şanxay da daxil olmaqla bir sıra şəhərlərin restoranlarında yol verilib.
Artıq 5 ictimai-iaşə obyektinin sahiblərinə qarşı ittiham irəli sürülüb. Qalanları barəsində isə istintaq davam edir.
Qeyd edək ki, Çində yeməklərə tiryəkin qatılmasıyla bağlı hallara əvvəllər də rast gəlinib.