Bu rəqəmlər Avropanı dəhşətə gətirir

Bu rəqəmlər Avropanı dəhşətə gətirir

İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən və daha sonra Avropaya qayıdan silahlıların sayı açıqlanıb.


Aktual.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Daxili Təhlükəsizlik Komitəsinin (Homeland Security Committee) hesabatında bildirilir.

Hesabatda, İŞİD terror qruplaşmasına 120 ölkədən 38 200 döyüşçünün qoşulduğu bildirilir. Qərb ölkələrindən İŞİD-ə qoşulanların sayı 6 900 göstərilsə də onların hansı ölkədən olması barədə məlumat verilməyib. İŞİD-ə qoşulmaq üçün İraqa və ya Suriyaya gedərək daha sonra Avropaya qayıdanların sayının isə 2 min olduğu qeyd edilib.

Bundan əvvəl CNN International kanalı bu istiqamətdə açıqladığı hesabatda qruplaşmaya qoşulanların gəldiyi ölkələri xəritə ilə göstərmişdi. Bu hesabatda Qərb ölkələrindən İŞİD terror qruplaşmasına qoşulanların sayı 3 400 göstərilmişdi.

Ötən ilin dekabrında mərkəzi Nyu York şəhərində olan “Soufan Group”un hazırladığı hesabatda isə bu rəqəm 5 min olaraq göstərilmişdi. Həmçinin hesabatda qruplaşmaya qoşulasnlardan sadəcə 3 800 nəfərin 4 ölkədən olduğu iddia olunmuşdu. Onlardan 1 800 nəfərin Fransa, 760 nəfərin İngiltərə və Almaniya, 470 nəfərin isə Belçikadan olduğu bildirilimişdi. Terror təşkiatına qoşulan silahlıların yaşlarının 20 və daha az olduğu qeyd edilmişdi.

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə 34 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Teraktın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü. Bundan əvvəl isə Fransanın paytaxtı Parisdə 2015-ci il noyabrın 13-də cümə gününün gecəsi yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş vermişdi. Terakt nəticəsində 132 nəfər ölmüş, 349 nəfər isə yaralanmışdı.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR