Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Aktual.az SOCAR-ın saytına istinadən xəbər verir ki, avqustun 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdəmir” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.