Bu gündən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV-in yayımı dayandırılıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu rayonlarda rəqəmli TV-in yayımı həyata keçiriləcək.
Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir.
Dekabrın 20-də son olaraq Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulub.
Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-dən isə Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV-in yayımı dayandırılıb.
Qeyd edək ki, MTRŞ əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box”-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılmasını məqsədəmüvafiq hesab edib.
Aktual.az
Xəbər 523 dəfə oxunub.